Sərnişinlər 3-4 avtobus dəyişməyəcək - YENİLİK

Yeniliklər 12 Noyabr 2017 00:04 Oxunub 2146
Sərnişinlər 3-4 avtobus dəyişməyəcək - YENİLİK
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mərdəkan-Qala istiqamətində yenilik edilib

Mərdəkan-Qala istiqamətində mini avtobus mərkəzi yaradıla bilər. Avtosfer.az xəbər verir ki, bu barədə Bakə Nəqliyyat Agentıiyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib. O bildirib ki, bununla bağlı araşdırmalar davam edir. Bu mini mərkəzin yaradılması ilə bir çox məsələlər həllini tapa bilər: “Bu həm şəhərətrafı ərazilərdən 3-4 avtobus dəyişərək şəhərə gəlmənin qarşısını alacaq, həm sərnişinlərin gediş haqqına verdiyi pulun 20-30 qəpik daha az olmasına səbəb olacaq, həmçinin şəhərətrafından gələn avtobusların yaratdığı xaotik vəziyyəti azaldacaq”, - deyə M.Ağayev vurğulayıb.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh