Mikroavtobus zəncirvari qəzaya düşdü: 1 ölü, 5 yaralı - FOTO

Avtosfer Foto 12 Noyabr 2017 18:17 Oxunub 1972
Mikroavtobus zəncirvari qəzaya düşdü: 1 ölü, 5 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Astara rayonunda 1 nəfərin ölümü, daha 5 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən xəbər verir ki, hadisə Ərcivan qəsəbəsində, yeni istifadəyə verilmiş körpüdə qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik maşınının, Lənkəran-Astara marşrutu ilə hərəkət edən "Ford" sərnişin mikroavtobusunun və yük avtomobilinin toqquşması nəticəsində 1976-cı il təvəllüdlü Lənkəran sayon sakini Rzayev Elgün Vaqif oğlu ölüb. Hadisə zamanı daha 5 nəfər - 1961-ci il təvəllüdlü Ərcivan qəsəbəsi sakini Rəhimova Həlimova Fəttah qızı, 1996-cı il təvəllüdlü Astara rayon sakini İsayev Elməddin Rizvan oğlu, 1983-cü il təvəllüdlü Lənkəran rayon sakini Həsənov Azər Qəhrəman oğlu, 1987-ci il təvəllüdlü Astara rayon sakini Hacıyev Səadət Məzahir oğlu xəsarət alıb. Daha bir yaralının şəxsiyyəti dəqiqləşdirilir.

Yaralıların 4-ü Astara Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh