Əsgər görüşünə gedən ailə qəzaya düşdü - 1 ölü, 3 yaralı

Qəzalar 12 Noyabr 2017 18:19 Oxunub 1355
Əsgər görüşünə gedən ailə qəzaya düşdü - 1 ölü, 3 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“QAZ” markalı maşın maneəyə çırpılaraq yanıb

Bu gün Beyləqan rayonu ərazisində “QAZ” markalı minik avtomobilinin maneəyə çırpılması nəticəsində yanğın baş verib. Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Qəza zamanı avtomobilin sürücüsü və 3 nəfər sərnişini müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya aparılıblar. Ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

APA xəbər verir ki, Beyləqana əsgər görüşünə gələn ailə qəzaya düşüb, ölən və yaralananlar var. Hadisə rayonun Binnətli kəndində baş verib. Ağstafa rayon sakini 1952-ci il təvəllüdlü Əhmədov Nizami Əhməd oğlu idarə etdiyi “QAZ” markalı minik maşınını maneəyə çırpması nəticəsində avtomobildə yanğın baş verib. Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunaraq yanğını söndürüb. Qəza nəticəsində avtomobilin sərnişini, Ağstafa rayon sakini, 1962-ci il təvəllüdlü Salahov Bəhruz Kakoy oğlu hadisə yerində ölüb. Sürücü N.Əhmədov və  sərnişinlər- Ağstafa rayon sakinləri- 1958-ci il təvəllüdlü Hacıyeva Südabə Kakoy qızı və 1960-cı il təvəllüdlü Əhmədova Gülüstan Kakoy qızı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, G.Əhmədovanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib və paytaxtdan həkim qrupu çağırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh