Avtomobilin vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub - Cəlilabadda

Qəzalar 12 Noyabr 2017 18:23 Oxunub 803
Avtomobilin vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub - Cəlilabadda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Bu, Zaqatala sakini Cəbrayıl Rəhimovdur

Cəlilabadda avtomobilin vurması nəticəsində ölən şəxsin kimliyi müəyyənləşib. Avtosfer.az-ın "Report"a istinadən xəbər verir ki, bu, Zaqatala rayonunun Maku kənd sakini, 54 yaşlı Cəbrayıl Seyfulla oğlu Rəhimovdur.

Onun cəsədi Məhkəmə Tibbi ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon Şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

Qeyd edək ki, hadisə Ələt-Astara magistral yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Sürücüsü hələlik müəyyənləşdirilməmiş avtomobil yolu keçmək istəyən piyada C. Rəhimovu vuraraq hadisə yerindən uzaqlaşıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən həmin avtomobilin və sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Faktla bağlı araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh