Qusarlı sürücünün cəhdləri nəticə vermədi, yaralı öldü

Avtoxəbər 13 Noyabr 2017 00:58 Oxunub 1200
Qusarlı sürücünün cəhdləri nəticə vermədi, yaralı öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücünün və piyadanın sərxoş olub-olmadıqları araşdırılır

Qusar rayonunun Kuzunqışlaq kəndində piyadanın ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb. Hadisə dünən gecə saatlarında baş verib. Rayonun Kuzunqışlaq kənd sakini, 26 yaşlı Zamir Sərkərov idarə etdiyi "Mercedes" markalı avtomobillə Qusarın Muruqqışlaq kənd sakini, 49 yaşlı Heydər Eldarovu yolu keçmək istədiyi zaman vurub. Sürücü Zamir Sərkarov yaralı piyadanı öz maşını ilə Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırmaq istəsə də, Eldarov aldığı xəsarətlərdən yolda keçinib. Hadisə yerinə dərhal Qusar rayon Polis Şöbəsinin əməkdaşları gəlib.

Faktla bağlı Qusar rayon Polis şöbəsində cinayət işi açılıb. Sürücünün və piyadanın sərxoş olub-olmadıqları araşdırılır.

 

Sputnik Azərbaycan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh