Sürücülər üçün son 3 gün: Oxuyun ki, 150 manat cərimə ödəməyəsiniz - VİDEO

Avtoxəbər 13 Noyabr 2017 01:11 Oxunub 3628
Sürücülər üçün son 3 gün: Oxuyun ki, 150 manat cərimə ödəməyəsiniz - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yenilik qəbul edilərsə, hər dəfə mövsümi dəyişikliyə ehtiyac olmaz

Avtomobillərin yan şüşələrinə vurulan jalüzlərin istifadə müddətinin bitməsinə 3 gün qalıb. Avtosfer.az-ın məlumatına görə, noyabrın 15-dən sonra avtomobillərin yan şüşələrində jalüz və görməni məhdudlaşdıran digər vasitlərdən istifadə edən sürücüləri 150 manatlıq cərimə gözləyir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, bununla bağlı olan mövcud qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasına ehtiyyac var. Ərşad Hüseynov hesab edir ki, yenilik qəbul edilərsə, hər dəfə mövsümi dəyişikliyə ehtiyac olmaz. Hazırda qüvvədə olan qanunvericiliyə görə isə avtomobilin arxa şüşəsini istəlilən səviyyədə məhdudlaşdırmağa icazə verirlir. Bu işlə məşğul olanları isə şəhərin müxtəlif ərazilərində görmək mümkündür.

Yol polisi isə elan edilən tarixdən sonra qaydalara uyğun avtomobili idarə etməyən sürücülərin cərimlənəcəyini bildirir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh