Maşın iki piyadanı vurdu - Hadisə yerindən qaçarkən ağaca çırpılıb

Qaydalar 13 Noyabr 2017 01:21 Oxunub 1562
Maşın iki piyadanı vurdu - Hadisə yerindən qaçarkən ağaca çırpılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü avtomobili tərk edərək naməlum istiqamətdə qaçıb

Şamaxı şəhərinin Seyid Əzim Şirvani küçəsində iki piyadanı maşın vurub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən yaralılardan biri 1970-ci il təvəllüdlü Şamaxı rayon, Şəhriyar qəsəbə sakini İsmayılov Tofiq Qəşəm oğludur. Digər xəsarət alanın şəxsiyyəti hələ ki, məlum deyil. Hadisəni törədən sürücü "VAZ-2107" markalı avtomobil ilə hadisə yerindən uzaqlaşarkən Mədrəsə qəsəbəsi istiqamətdə yol kənarındakı ağaca çırpılıb. Nəticədə maşın deformasiyaya uğrayıb. Sürücü isə avtomobili tərk edərək naməlum istiqamətdə qaçıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh