Bakıda iki piyadanı maşın vurub

Qəzalar 13 Noyabr 2017 10:25 Oxunub 773
Bakıda iki piyadanı maşın vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisələr Sabunçu və Yasamal rayonları ərazisində qeydə alınıb

Bakıda iki piyadavurma hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, Bakıxanov qəsəbəsinin Yavər Əliyev küçəsində yolu keçmək istəyən Hüseynova Gülnar Dostu qızını minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Digər yol-nəqliyyat hadisəsi Yasamal rayonunda qeydə alınıb. Metronun 20 Yanvar stansiyası yaxınlığında piyadalar üçün müəyyən edilməmiş yoldan keçmək istəyən 1984-cü il təvəllüdlü Zeynalov Elməddin Rafael oğlunu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh