Bu günə olan hava proqnozu AÇIQLANDI

Gündəm 14 Noyabr 2017 00:27 Oxunub 912
Bu günə olan hava proqnozu AÇIQLANDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir

Azərbaycanda bu günə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, noyabrın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 15-18, Bakıda gecə 11-13, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan 765 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 15-19, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh