"Rahat divan, yataq var, TV-də bir az böyütsək..." - AZAL prezidenti

Texnologiya 13 Noyabr 2017 12:30 Oxunub 1835
"Rahat divan, yataq var, TV-də bir az böyütsək..." - AZAL prezidenti
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cahangir Əsgərov Dubayda biznes-jetə baxdı

"Burada duş yoxdur. Və mən təklif edirəm ki, duş ümumiyyətlə olmasın. Çünki adətən bu tipli təyyarələrdə duş istifadə etmirlər. Bu hansısa yenilikdir". Avtosfer.az-ın istipress-ə istinadən verdiyi məlumata görə, bu sözləri Dubayda keçirilən beynəlxalq aviasalonda AZAL rəhbəri Cahangir Əsgərov Rusiya istehsalı olan təyyarəyə baxarkən deyib. C.Əsgərov Rusiya pavilyonunda olub, o "Sukhoi Superjet 100"ün yeni biznes versiyasına baxıb. "Burada nə lazımsa hamısı var: çox yaxşı, rahat divanları, yataq yeri. TV-ni də bir az böyük eləsək hər şey normal olacaq”.

Xatırladaq ki, 15-ci dəfə keçirilən sərgidə 1200 eksponant var ki, onlardan çoxu yenidir. Sərgini 70 mindən çox insanın ziyarət edəcəyi gözlənilir.

http://istipress.com/media/image/5a0956d9492d7/600@0

ŞƏRH YAZ
Ad

E-mail

Şərh