Formula 1 pilotu Felipe Massa karyerasını başa vurub

Yarışma 13 Noyabr 2017 12:44 Oxunub 1389
Formula 1 pilotu Felipe Massa karyerasını başa vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Braziliyalı idmançı Braziliya Qran-prisindən sonra qərarını açıqlayıb

Formula 1 üzrə dünya çempionatında iştirak edən İngiltərənin “Uilyams” komandasının pilotu Felipe Massa karyerasını başa vurub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, 36 yaşlı sürücü noyabrın 12-də keçirilmiş Braziliya Qran Prisindən sonra qərarını açıqlayıb.

F.Massa ötən il karyerasını başa vurduğunu desə də, “Uilyams”ın xahişi ilə daha bir mövsüm çıxış etməyə razı olmuşdu. Fomula 1-də 2002-ci ildə debüt edən braziliyalı pilot karyerası ərzində “Sauber” və “Ferrari”nin də şərəfini qoruyub. Onun ən yaxşı göstəricisi 2008-ci ildə əldə etdiyi vitse-çempionluqdur.

 

Qeyd edək ki, Formula 1 üzrə 2017-ci il mövsümünün qalibi artıq müəyyənləşib. “Mercedes” pilotu Lüis Hemilton çempionluğu rəsmiləşdirib. Braziliya Qran Prisində finiş xəttini 7-ci keçən Massa ümumi cədvəldə 10-cu pillədədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh