Ötən gün yol qəzalarında: 2 ölü, 14 yaralı

Gündəm 13 Noyabr 2017 13:39 Oxunub 751
Ötən gün yol qəzalarında: 2 ölü, 14 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 76 cinayət faktından 17-nin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında baş vermiş səkkiz yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, 14 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli dörd fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh