"Həzi Aslanov" stansiyasında eskalator təmirə dayanır - Sabahdan

Gündəm 13 Noyabr 2017 14:51 Oxunub 724
"Həzi Aslanov" stansiyasında eskalator təmirə dayanır - Sabahdan
WhatsApp kanalımıza abunə ola bilərsiniz
QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir

Metronun "Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 2 saylı eskalator noyabr ayının 14-də əsaslı təmirə dayandırılacaq. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metyropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Qurum eəsmisi bildirib ki, eskalatorun təmiri, istismar qaydalarına uyğun olaraq, qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün aparılacaq.

Təmirin gələn ilin fevral ayında başa çatdırılması və təhvil-təslim işlərindən sonra eskalatorun yenidən istismara verilməsi nəzərdə tutulub.

Bu müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.

 

"Bakı Metropoliteni" QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh