Küçədə müstəntiqi itlər parçaladı – Bakıda

Gündəm 13 Noyabr 2017 14:56 Oxunub 2243
Küçədə müstəntiqi itlər parçaladı – Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəsarət alan müstəntiq xəstəxanaya yerləşdirilib

Bakıda xidmət vaxtı polis müstəntiqini küçə iti dişləyib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki,  hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb. Məlumata görə, Səbail rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı Anar Miralayev küçə itlərinin hücumuna məruz qalıb. Heyvanlardan biri A.Miralayevin sağ ayağının dizdən aşağı hissəsini gəmirərək parçalayıb. Xəsarət alan müstəntiq xəstəxanaya yerləşdirilib. Ona quduzluq əleyhinə vaksin vurulub və yarasına 24 tikiş qoyulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh