Polis işləmək istəyənlərin diqqətinə - İşə qəbul elanı verildi

Yol polisi 13 Noyabr 2017 15:07 Oxunub 22975
Polis işləmək istəyənlərin diqqətinə - İşə qəbul elanı verildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Çevik Polis Alayı xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

"İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Azərbaycan Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayı vakant mülki işçi vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Müsabiqədə həqiqi hərbi xidmət keçmiş, yaşı 23-dək, boyu 180 santimetr və yuxarı olan, özü və yaxın qohumları məhkum olunmamış, tam orta,  orta ixtisas  və ali təhsilli, atletik bədən quruluşuna malik,  "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda daimi qeydiyyatda olan kişi cinsli vətəndaşlar iştirak edə bilərlər. 

Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaq. 

İctimai asayişin qorunmasında 2 il əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında, o cümlədən Əlahiddə Çevik Polis Alayında xidmətə qəbul zamanı üstünlük veriləcək.  

Müsabiqədə iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. 

Əlavə məlumat almaq istəyənlər Əlahiddə Çevik Polis Alayının Kadrlar şöbəsinə (012) 590-64-68 nömrəli telefonla müraciət edə bilərlər.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Maqa 14 Noyabr 2017 15:59
Boyu hara qaldirmisiz! Ay insafsizlar blee
Araz Memmedov 13 Noyabr 2017 20:38
Boy 1.88 yaw 31 idmanin gol gucu novu uzre cempion. 055 624 77 84