«London taksi» dönmə işığını yandırmayan «Hyundai»ı belə vurdu - VİDEO

Avtoreyd 18 Dekabr 2014 01:23 Oxunub 2104
«London taksi» dönmə işığını yandırmayan «Hyundai»ı belə vurdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycanda bəzi sürücülər dönmə işıqlarından istifadə etməyi özünə sığışdırmır

Bakıda dönmə əməliyyatı zamanı işıqlardan istifadə etməyən «Hyundai» markalı avtomobil «London taksi» tərəfindən vurulub. Avtosfer.az Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan qəza görüntülərini təqdim edir. Videodan aydın olur ki, dönmə zamanı dönmə işıqlarından istifadə etməyən «Hyundai» qəfil tormoz verir. Bu zaman arxadan gələn «London taksi» onu vurur. Zərbə yüngül olsa da, hər halda, qarşıdakı maşın dönmə əməliyyatı zamanı işıqlardan istifadə etsəydi, belə olmazdı.

Nədənsə, əksər sürücülərimiz dönmə işıqlarından istifadə etməyi ya özünə sığışdırmır, ya da bu işıqlardan istifadənin nə qədər əhəmiyyətli olduğunu dərk etmirlər. Bu kiçik qəza görüntüsünə diqqətlə baxmaq kifayət edər ki, dönmə işığının əhəmiyyətini dərk edək. Dönmə əməliyyatı aparan sürücü unutmamalıdır ki, arxadan gələn avtomobildəki sürücü Nastradamus və ya falçı deyil ki, qarşıdkı nəqliyyat vasitəsi sürücüsünün fikirlərini və edəcəyi hərəkətləri əvvəlcədən bilsin.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh