Prezidenti səfərdə müşahidə edən heyətin təyyarəsi hava limanında qalıb

Gündəm 13 Noyabr 2017 16:42 Oxunub 1169
Prezidenti səfərdə müşahidə edən heyətin təyyarəsi hava limanında qalıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Rusiya" xüsusi uçuş bölməsi operativ şəkildə təyyarəni əvəzləyib

Rusiya Prezident Administrasiyasının nümayəndə heyətinin Moskva şəhərindəki "Vnukovo" hava limanında prezident Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasındakı danışıqlara yollanmalı olduğu "Tu-204" təyyarəsi sıradan çıxıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, təyyarədə texniki nasazlıq aşkar edilib. Vəziyyəti şərh edən Rusiya Prezidenti İşlər İdarəsinin sözçüsü Yelena Krılova qeyd edib ki, bu cür hallarda təhlükəsizlik məsələsi başlıca rol oynayır.

"Hər təyyarə uçuşdan əvvəl diqqətlə yoxlanılır. İndi Kreml nümayəndələrini operativ şəkildə yeni təyyarə ilə təmin edəcəyik", - o deyib.

 

"Rusiya" xüsusi uçuş bölməsi operativ şəkildə təyyarəni əvəzləyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh