Sərnişin təyyarədə pilotlara şok yaşatdı

Maraqlı 17 Dekabr 2014 01:06 Oxunub 2057
Sərnişin təyyarədə pilotlara şok yaşatdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hava almaq üçün təyyarənin qapısını açdı

Çinin sərnişin təyyarəsində kuryoz hadisə yaşanıb. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, Hangzhou şəhərindən Çendguya uçan "Xiamen" şirkətinə məxsus sərnişin təyyarəsində bir sərnişin hava almaq məqsədi ilə təcili çıxış qapısını açıb. Onun bu hərəkəti sərnişinlər arasında çaxnaşmaya səbəb olub. Təyyarə havaya qalxan zaman baş verən hadisə zamanı bir çox sərnişin telefonla bu kuryoz anın şəklini çəkərək sosial şəbəkədə paylaşıb.

Sərnişinlərdən biri sosial şəbəkədə yazdığı statusda hadisəni belə təsvir edib: "Bir sərnişinin təcili çıxış qapısını açdığını ilk dəfə görürəm. Bizə yalnız bir az təmiz hava almaq istədiyini söylədi... Ümid edirəm uçuşumuz çox təxirəsalınmaz".

Sərnişinlərə və pilotlara şok yaşadan həmin şəxsin ilk dəfə təyyarəyə mindiyi bəlli olub. Onun əməlində hər hansı bir cinayət faktı aşkarlanmadığından və hər hansı bir itki baş vermədiyindən şirkət sərnişindən şikayətçi olmayacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh