Sürücülər üçün tapmaca – Qoşa xətt, yoxsa qırıq-qırıq xət? - VİDEO

Yazarlar 14 Noyabr 2017 02:14 Oxunub 4842
Sürücülər üçün tapmaca – Qoşa xətt, yoxsa qırıq-qırıq xət? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıdakı bu küçəni tanıyın və ehtiyyatlı olun ki, cərimələnməyəsiniz

Bakının Ağa Nemətulla küçəsində yol hərəkətinin təşkilində olan problem sürücüləri çaş-baş salıb.Həmin problemi araşdırmaq üçün Avtosfer.az-ın əməkdaşı qeyd olunan küçədə çəkiliş aparıb. Çəkiliş zamanı məlum olub ki, Ağa Nemətulla küçəsində asfalta həm 1.3 nişanlanması (qoşa xətt), həm də 1.5 nişanlanması (qırıq xətlər) çəkilib. Bu ziddiyətin özəlliyi ondadır ki, həmin qırıq xətlər qoşa xəttin arasına çəkilib. Sürücülər isə bu cür qanunsuz hərəkətin təşkilindən narazıdır.

Həmin küçədə avtomobil idarə edən sürücü asfaltdakı nişanlanmanı 1.5 xətti kimi qiymətləndirərək tam qanuni şəkildə sola və ya geriyə dönə bilər. Lakin onu da qeyd edək ki, bu hərəkət onun qanunsuz olaraq cərimələnməsinə səbəb ola bilər. Ümumiyyətlə, yol hərəkətinin təşkilində bu cür tapmaca xarakterli problemlər birmənalı qadağandır.Yol hərəkətinin təşkili o qədər ideal vəziyyətdə olmalıdır ki, sürücü yolda "Buradan dönə bilərəm, ya yox?" - deyərək, tərəddüd etməməlidir.

Hərəkətin təşkilində olan bu cür səhvlərə görə sürücülər məsuliyyət daşımamalıdır və onlara yazılan protokollar ləğv edilməlidir.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh