Həm qayda pozur, həm də irad tutur - 10 VE 117 - VİDEO

Avtoreyd 14 Noyabr 2017 10:17 Oxunub 1777
Həm qayda pozur, həm də irad tutur - 10 VE 117 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Manevr qaydasını pozan odur, amma başqasına irad tutur...

Noyabrın 12-də Bakıda qayda pozaraq özünü haqlı çıxaran sürücünün görüntüsünü oxuculardan biri Avtosfer.az-a göndərib. Üzeyir Hacıbəyov küçəsi ilə hərəkət edən sürücü öz zolağıyla sola  - Azadlıq prospektinə dönən zaman eyni vaxtda sol zolaqdan sola düzgün manevr etməyən 10-VE-117 qeydiyyat nişanlı "Hyundai Santafe" markalı avtomobilin sürücüsü sola dönən zaman sağ zolağa qəfil yerdəyişmə edərək həmin zolaqdakı avtomobilə təhlükə yaradıb.

Qaydaları pozmağı azmış kimi, səs siqnalından istifadə edərək öz etirazını da bildirib. Sonradan həmin sürücü sürətini azaldaraq "Bax gör hara sürürsən də" deyərək ərazidən uzaqlaşıb.

Qeyd etdiyimiz sürücü pozduğu qaydaya görə 40 manat məbləğində cərimə edilə bilər.

 

Emin

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh