Bakıda orta yaşlı kişini yük maşını vuraraq qaçıb

Qəzalar 14 Noyabr 2017 02:56 Oxunub 639
Bakıda orta yaşlı kişini yük maşını vuraraq qaçıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Türkan qəsəbəsində piyada yolu keçmək istəyən zaman baş verib

Bakının Xəzər rayonunda piyadanı yük maşını vurub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə 1985-ci il təvəllüdlü Məmmədov Tərlan Ağasalam oğlu Türkan qəsəbəsində yolu keçmək istəyən zaman qeydə alınıb. "Shacman" markalı yük avtomobili onu vurub. Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Xəzər Rayon Polis İdarəsində araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh