Dizelin qiyməti qalxsa, nə baş verər?

Yazarlar 14 Noyabr 2017 10:44 Oxunub 1642
Dizelin qiyməti qalxsa, nə baş verər?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Qeyri-neft ixracatının artırılmasının prioritet olduğu bir dövrdə yanacağın qiymətinin artırılmasına ehtiyac hiss edilmir"

İqtisadçı ekspert Vüqar Bayramov “Aİ-98” markalı benzinin ölkəyə idxal edilməməsinə münasibət bildirib. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan iqtisadçının sözlərinə görə, “Azpetrol” şirkətinin benzin və dizelin qiyməti ilə bağlı proqnoz verməsi nə qədər təəccüblü görünsə də, yanacağın, xüsusən də dizelin bahalaşmasının hətta müzakirəsi də arzuolunan deyil: “Dizel yanacağının qiyməti kənd təsərrüfatı daxil olmaqla əksər sektorlarda xərci müəyyənləşdirən əsas faktorlardandır. Bu baxımdan, dizelin qiyməti yüksəldiyi halda yalnız aqrar məhsullarda deyil, çox fərqli sahələrdə, o cümlədən, nəqliyyatda qiymət artımları müşahidə edilə bilər. Bu həm daxili bazarda qiymətlərin tənzimlənməsi, həm də qeyri-neft məhsullarının ixracı baxımdan arzuolunan deyil. Buna görə də, yanacaq məhsullarının xərclərinin optimallaşdırılması üçün kooporativ idarəetmənin təkmilləşdirilməsi daxil olmaqla xərclərin dövlət tərəfindən birbaşa və dolayı balanslaşdırılması yolu ilə qiymət artımlarına getməməyə ehtiyac var. Bütün hallarda, istehlak bazarında qiymətlərin tənzimlənməsinin və eləcə də qeyri-neft ixracatının artırılmasının prioritet olduğu bir dövrdə yanacağın qiymətinin artırılmasına ehtiyac hiss edilmir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh