Qadına qarşı soyğunçuluq edən kişi tutuldu - FOTO

Gündəm 14 Noyabr 2017 11:22 Oxunub 807
Qadına qarşı soyğunçuluq edən kişi tutuldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polisin çevikliyi sayəsində hadisə yerindən 300-400 metr kənarda saxlanılaraq zərərsizləşdirilib

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən ticarət mərkəzlərindən birinin qarşısında naməlum şəxs paytaxt sakini olan bir qadının 550 manat dəyərində “Samsung” markalı mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb. Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətindən bildirilib. Zərərçəkən hadisə barədə həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının 5-ci Patrul Bölüyünün əməkdaşlarına məlumat verib. Dərhal polis serjantı Orxan Ağcayev tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin isti izlərlə axtarışı həyata keçirilib və o, polisin çevikliyi sayəsində hadisə yerindən 300-400 metr kənarda saxlanılaraq zərərsizləşdirilib. Saxlanılan şəxs ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə təhvil verilib. Onun üzərindən qadına aid mobil telefon aşkar olunub və sahibinə qaytarılıb.

Bölmədə araşdırma aparılan zaman cinayəti törətməkdə şübhəli bilinən şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Mingəçevir şəhər sakini Emil Məmmədov olduğu məlum olub. O, ifadəsində soyğunçuluq hadisəsini törətdiyini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarəsi müraciət edə bilərlər.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh