Avtobus və yük maşınlarının radara düşməsi belə olurmuş - DYP açıqladı

Yazarlar 14 Noyabr 2017 12:00 Oxunub 8668
Avtobus və yük maşınlarının radara düşməsi belə olurmuş - DYP açıqladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sistemdə avtobus və yük maşını kimi qeydə alındıqları üçün cəzasız qalmırlar

“Avtobus və yük avtomobilləri də sürət həddini aşarkən radara düşür və elektron protokol tərdib edilir. Onlar ümumi istifadədə olan yollarda qaydalara uyğun hərəkət etmədikdə digər nəqliyyat vasitələrindən rahatlıqla seçilir və elektron qaydada sənədləşdirilir”. Bunu Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. O bildirib ki, hansısa yolda 110 km/saat sürət həddi müəyyin edilibsə icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri 70-lə,şəhərlərarası və xüsusilə kiçik avtobuslar isə maksimum 90-la gedə bilərlər. Sözsüz ki, bu avtomobillər sürət həddini aşdıqda radar dərhal çəkir və elektron protokol tərtib edilir: “Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Sistemində həmin avtomobillər qeydə alınarkən model və tipi qeyd olunduğundan sistem dərhal həmin maşının təyinatını müəyyən edir və sürət həddini aşmasını asanlıqla qeydə ala bilir. Məsələn, 110-luq yol əgər avtomagistral deyilsə yük avtomobili 80-dən artıq sürətlə hərəkət etsə dərhal radara düşür. Çünki yaşayış məntəqəsindən kənarda həmin avtomobillərə icazə verilən maksimum sürət həddi 70 kmsaatdır, lakin həmin yolda 5.1 avtomagistral nişanı olduqda isə maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri 90 km/saat sürətlə hərəkət edə bilərlər. Yalnız avtomagistralda, yəni 5.1 nişanının təsir sahəsində yük avtomobillərini idarə edən sürücülər 100 və daha artıq sürətlə gedərlərsə o halda qayda pozmuş olurlar və cərimə edilirlər. Ona görə də icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin və ayaqüstü sərnişin daşıyan şəhərdaxili avtobusların sürücüləri yolda sürət həddinin 110 kmsaat müəyyən edilməsinə baxmayaraq həmin yolda avtomagistral nişanı olmadığı üçün nəqliyyat vasitəsini 70 kmsaatdan artıq sürətlə idarə etməməlidirlər.   

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

roman 16 Noyabr 2017 03:48
.