Bakı birinciliyində də uğur qazandıq

Yol polisi 14 Noyabr 2017 13:09 Oxunub 1022
Bakı birinciliyində də uğur qazandıq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Boksçularımızdan növbəti qələbə töhfəsi

Bu yaxınlarda Rusiya Federasiyasında Sovet İttifaqı Qəhrəmanı F.Qluxovun xatirəsinə həsr olunmuş XX beynəlxalq turnir keçirilib. Yarışda millimizin heyətində təmsil olunan DİN İdman Cəmiyyətinin yetirmələri də qələbə uğrunda mübarizə aparıblar.

Əvvəlcə rinqə yeniyetmələr çıxıb. DİN İdman Cəmiyyətinin boks bölməsinin yetirmələrindən Xaliq Məmmədov, Seyfi İsmayılzadə öz çəki dərəcələrində turnirin qalibi olublar. Nadir Babayev isə ikinci yeri tutub. 

Digər təmsilçilərimizdən Zaur İmaməliyev, Uğur Qəribov fəxri kürsünün üçüncü pilləsinə qalxıblar. Onlardan Z.İmaməliyev “Qələbə əzminə görə” xüsusi kubokla mükafatlandırılıb. 

Gənc boksçuların yarışında isə Xanlar Pirverdiyev və Röyal Abbasov öz çəki dərəcələrində bürünc medal qazanıblar.  

Ümumi hesabda komandamız fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Komandamızı bu yarışa əməkdar məşqçi Yadigar Məmmədov hazırlayıb.

Yeri gəlmişkən, boks üzrə gənclərin Bakı birinciliyi keçirilib. Paytaxtın bütün idman klub və cəmiyyətlərinin boks bölməsinin yetirmələrinin qatıldığı bu yarışda DİN İdman Cəmiyyətinin təmsilçiləri də qələbə uğrunda mübarizə aparıblar. Əməkdar məşqçi Yadigar Məmmədovun hazırladığı idmançılarımızdan Əflatun Babayev bütün rəqiblərinə qalib gələrək birinciliyin baş mükafatına layiq görülüb. Cahid Qurbanov isə fəxri kürsünün ikinci pilləsinə qalxıb.  

 

Xəyalə Məmmədova,

DİN Mətbuat Xidmətinin əməkdaşı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh