"Porsche"dən azərbaycanlı meyiti çıxdı - VİDEO

Avtosfer TV 14 Noyabr 2017 13:22 Oxunub 1943
"Porsche"dən azərbaycanlı meyiti çıxdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü yaralı kişini xəstəxanada ataraq qaçıb

Rusiyanın Naro-Fominsk şəhərində azərbaycanlı qətlə yetirilib. Avtosfer.az-ın verdiyi məlumata görə, öldürülən şəxs Kalujski vilayətində yaşayan 36 yaşlı X.Nərimanovdur. Noyabrın 13-ü "Porsche" markalı avtomobilin sürücüsü yaralını xəstəxanaya gətirib. O, maşında yaralı olduğunu deyərək kömək istəyib. Tibb işçiləri xərək gətirənə kimi isə hadisə yerindən qaçıb. Baş verənlər anbaan təhlükəsizlik kamerasına düşüb. Sonradan bəlli olub ki, "Porsche"nin sürücüsü kafeyə kimi gedib, orada maşınını qoyaraq izini itirib. İndi onun axtarışı aparılır. Maşının baqajında polis qan izləri aşkar edib. Əvvəlcə həkimlər yaralının qəza qurbanı olduğunu zənn ediblər. Lakin sonra onun bədənində bıçaq izləri aşkarlanıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh