Brakoneyrlər qayığı polislərin qayığına vurub qaçdılar - Bakıda

Gündəm 14 Noyabr 2017 13:41 Oxunub 1116
Brakoneyrlər qayığı polislərin qayığına vurub qaçdılar - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı buxtasında brakonyerlərlə polis arasında insident baş verib

Bakı buxtasında insident olub. Avtosfer.az APA-ya istinadən məlumatına görə, polis əməkdaşları tərəfindən Bakı buxtasında qanunsuz balıq ovu ilə məşğul olan şəxslərə qarşı həyata keçirilən əməliyyat zamanı “Yamaha” markalı qayıqda olan şəxslər polisə tabe olmayaraq, idarə etdikləri qayığı polisin patrul qayığına vuraraq hadisə yerindən qaçıblar.

Nəqliyyat Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisəni törədən əvvəllər məhkum olunmuşlar – Natiq Əbilov və Sərxan Quliyev tutulublar.

Saxlanılarkən S. Quliyevdən heroin aşkar edilərək götürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh