Rusiyada benzinin qiyməti rekord səviyyədə artıb

Gündəm 14 Noyabr 2017 14:18 Oxunub 891
Rusiyada benzinin qiyməti rekord səviyyədə artıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qurğu iş effektivliyinin artırılması üçün planlaşdırılmış təmirə dayandırılıb

Rusiyada benzinin birja qiymətləri tarixi maksimumu yeniləyib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, noyabrın 7-13-də “Ai-95” markalı benzinin topdansatış qiyməti 1,7%, “Ai-92” markalı benzinin qiyməti isə 2,3% artıb. “Ai-95” benzinin bir tonu 44,99 min rubla, “Ai-92”-nin isə 42,82 min rubla qədər qalxıb. Qəzet qeyd edir ki, bu cür artım Rusiya bazarı üçün xarakterik deyil. Adətən, oktyabr ayından topdansatış qiymətləri aşağı düşür. Qiymətin qalxmasının səbəblərindən biri olaraq “Qazprom neft”in Moskvadakı neft emalı zavodunda katalitik krekinq qurğusunun təmirə dayandırılması amili göstərilir. “Kommersant” qəzeti qurğunun fəaliyyətindəki fasilənin təmir proqramında olmadığını iddia edir. Şirkətdən isə bildirilib ki, qurğu iş effektivliyinin artırılması üçün planlaşdırılmış təmirə dayandırılıb. “Qazprom neft” noyabr ayının ortalarında katalitik krekinq qurğusunun işinin bərpa olunacağını qeyd edir. Digər bir mənbənin məlumatına görə, “Qazprom neft” “Rosneft” şirkətindən yanacaq almaq variantını nəzərdən keçirir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh