Sürücülərə vacib xəbər – Bundan sonra videonuz yayılacaq - VİDEO

Avtoxəbər 20 Noyabr 2017 11:14 Oxunub 5740
Sürücülərə vacib xəbər – Bundan sonra videonuz yayılacaq - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qayda pozuntuları ilə bağlı videonuza baxmaq istəyirsinizə bunu edin...

ASAN xidmətin sürücülərin üçün yarardığı mükəmməl xidmətlərdən biri olan Asanpay.az saytında elektron kabineti olan sürücülərə vacib xəbər var. Bir müddət əvvəl həmin saytda təkmilləşdirmə işləri aparılırdı. Artıq işlər başa çatıb və sayt sürücülərə xidməti daha mükəmməl formada təqdim edir. Avtosfer.az bildirir ki,bu işlər bitdikdən sonra sayta yeni bir özəllik əlavə edilib. Bundan sonra elektron kabineti olan sürücülər onlara tərtib edilmiş elektron protokollara əlavə olunan videogörüntüləri rahatlıqla izləyə biləcək.

Elektron kabinetdən çıxarılmış videolardan birini təqdim edirik. Həmin video DYP avtomobilindəki İ-patrul sistemi vasitəsilə qeydə alınıb və sürət həddini aşan bir avtomobili qeydə alıb.

Hər bir sürücü qayda pozuntularına dair foto və videolarla tanış olmaq istəyirsə Asanpay.az saytında qeydiyyatdan keçərək özünə elektron kabinet yaratmalıdır. Asanpay.az saytına daxil olduqdan sonra qeydiyyat üçün sadə proseduru keçib bu işi heç bir ödəniş etmədən həyata keçirə bilərsiniz ki, gələcəkdə hansısa qayda pozuntusu olarsa dərhal məlumat ala və foto-videolarla tanış ola biləsiniz.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh