Salyanda velosipedçini maşın vurub - FOTO

Qəzalar 14 Noyabr 2017 15:47 Oxunub 940
Salyanda velosipedçini maşın vurub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı DYP-də araşdırmalara başlanılıb

Bu gün günorta saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən 63-cü km-də, “Ləvəngi” restoranının qarşısında 25 yaşlı velosipedçini maşın vurub. Avtosfer.az-ın virtualaz.org-a istinadən məlumatına görə, Astara rayon sakininin idarə etdiyi Bakı istiqamətində hərəkət edən 90 XT 464 dövlət nömrə nişanlı “Mercedes”lə Salyan rayonu “Stansiya” yaşayış massivinin sakini, 1992-ci ildə anadan olmuş Muradlı Orxan Nəhməd oğlunun idarə etdiyi velosiped vurulub.

 

Bakıya sərnişin daşıyan “Mercedes”in sərniinlərinin bildirdiyinə görə, yolun kənarında dayanmış “KamAZ”ın arxasından qəfil çıxan velosipedçini görən sürücü əyləci bassa da, artıq gec olub.

Xəsarət aldığından Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş velosipedçinin vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh