Yeni piyada keçidi tikilir – FOTO

Yeniliklər 17 Dekabr 2014 12:50 Oxunub 1595
Yeni piyada keçidi tikilir – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun 4 giriş-çıxışı olacaq

Bakı Ağ şəhər layihəsi çərçivəsində Nobel prospektinin Xaqani Rüstəmov küçəsi ilə kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi qrafikə uyğun davam etdirilir. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis "ASC-dən məlumat verilib. Məlumata  görə, 4 giriş-çıxışı olacaq piyada keçidinin çıxışlarından biri "Ağ şəhər", digəri Azərbaycan Boks Federasiyası, qalan ikisi isə Dənizkənarı Park istiqamətində olacaq. Keçiddə hər tərəfində 2-si olmaqla 8 eskalator quraşdırılacaq. Yeraltı piyada keçidinin uzunluğu 280 metr, eni 8 metr, hündürlüyü isə 3,2 metr nəzərdə tutulub. Keçidin Boks Federasiyasına olan çıxışı bəzək işləri istisna olmaqla hazıdır. Dənizkənarı Park istiqamətində isə 50 faiz işlər görülüb. Hazırda zavod şəraitində əvvəlcədən gərginləşdirilmiş tirlər tikinti meydançasına gətirilərək quraşdırılır. Paralel olaraq monolit dəmir-beton, izolyasiya və sair işlər davam etdirilir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh