Yol polisi “xoruldayan” “Galenvagen”ləri cərimə meydançasına yığdı – Bakıda

Avtoxəbər 15 Noyabr 2017 01:55 Oxunub 9906
Yol polisi “xoruldayan” “Galenvagen”ləri cərimə meydançasına yığdı – Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər etiraz edir, DYP isə avtomobillərə əlavə avadanlıq quraşdırıldığını deyir

Son günlər Bakıda yol polisi tərəfindən bahalı avtomobillərə qarşı reydlər keçirilir. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, avtomobilin səsboğucusuna müdaxiə edən və ya da əlavə avadanlıq quraşdırmaqla səs tonunu artıran sürücülərin idarə etdiyi avtomobillər saxlanılır və cərimə meydançasına salınır. Məlumatda bildirilir ki, yol polisinin cərimə meydançasına apardığı belə avtomobillərin sayı 20-ya yaxındır. Onların əksəriyyəti “Mercedes Galendevagen” markalı maşınlardır. Sürücülərin bəzisi iddia edir ki, onlar avtomobili Azərbaycanda elə bu vəziyyətdə gətiriblər. Lakin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, sürücülərin iddiaları əsassızdır. Belə ki, cərimə meydançasına aparılan “Galendevagen”lərin əksəriyyətində səsboğucu qurğuya sonradan müdaxiə edildiyi və əlavə avadanlıq quraşdırıldığı ortaya çıxıb: “Həmin avtomobillərdə səs normadan artıq çıxır. Bu da qanunla qadağandır. Sürücülər qanuna müvafiq olaraq inzibati qaydada cərimə edildikdən, maşınlardakı nasazılıqlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri onlara qaytarılacaq. Hazırda isə həmin maşınları bu vəziyyətdə idarə etmək olmaz. Dövlət yol polisi əməkdaşları qanunun tələbinə uyğun hərəkət ediblər. Sürücülər də qanunlara əməl etsələr, yaxşı olardı”.

Vaqif Əsədov onu da bildirib ki, cərimə meydançasına aparılan bahalı avtomobillərin üzərində ödənilməyən cərimələrin olması faktı da üzə çıxıb. Eyni zamanda, digər qayda pozuntularına görə cərimə meydançasına aparılan bahalı maşınlar da var: “Kimliyindən asılı olmayaraq hər kəs qanunlara və qaydalara əməl etməlidir”.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh