Mikroavtobus qəzaya düşdü: 5 ölü, 7 yaralı

Qəzalar 15 Noyabr 2017 11:19 Oxunub 1293
Mikroavtobus qəzaya düşdü: 5 ölü, 7 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həlak olanlar arasında 2 azyaşlı var

Rusiyanın Krasnodar şəhərində Argentina və Nigeriyanın futbol yığmaları arasında keçirilmiş yoldaşlıq görüşündən qayıdan azarkeşlər qəzaya düşüblər. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Rostov vilayətinin Azov rayonunda baş verib. Fanatları gətirən mikroavtobusun yol kənarında dayanmış “KamAz”a çırpılması nəticəsində 5 nəfər həlak olub. Ölənlərdən 2-si azyaşlıdır. Mikroavtobusda olan digər 7 nəfər isə xəsarət aldıqları üçün xəstəxanaya yerləşdiriliblər. Qeyd edək ki, matç Nigeriya millisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh