BTQ dəmiryoluna həsr edilən konfarns keçirilib - Vaşinqtonda

Gündəm 15 Noyabr 2017 11:20 Oxunub 667
BTQ dəmiryoluna həsr edilən konfarns keçirilib - Vaşinqtonda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bu xətt Orta Asiya ölkələrinin Qərblə nəqliyyat əlaqəsi saxlamasına da xidmət edəcək"

Vaşinqtonda “Bakı-Tbilis-Qars dəmiryolu: regional təsiri və ABŞ-ın imkanları” adlı konfrans keçirilib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, tədbir mərkəzi Vaşinqtonda yerləşən Xəzər Siyasi Mərkəzinin tərəfindən təşkil edilib. Tədbirdə Azərbaycan, Türkiyə, Gürcüstan, Türkmənistan, Qazaxıstan və Özbəkistanın Vaşinqtondakı səfirləri, ABŞ siyasətçi və diplomatları iştirak edib. Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıc BTQ dəmiryolunun əhəmiyyətindən danışarkən deyib ki, bu xətt sadəcə iqtisadi cəhətdən regional əhəmiyyətli plan deyil, eyni zamanda bölgəyə sülh, rifah, təhlükəsizlik və sabitlik gətirəcək: “Burada üç ölkənin bir-birinə bağlanmasından bəhs olunmur. Bu xətt Orta Asiya ölkələrinin Qərblə nəqliyyat əlaqəsi saxlamasına da xidmət edəcək”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh