Rəşadın vurulduğu həmin yer: sürücü hələ də tapılmır - FOTO

Xəbərlər 15 Noyabr 2017 11:44 Oxunub 2598
Rəşadın vurulduğu həmin yer: sürücü hələ də tapılmır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, bunu qanunvericiliyə uyğun addım kimi qiymətləndirib

Noyabrın 9-u təxminən axşam saat 8-9 radələrində Bakının Mehdiabad qəsəbəsinin "Gənclər Şəhərciyi" ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi barədə ötən gün məlumat vermişdik. Avtosfer.az xəbər verir ki, milli.az 32 yaşlı Şükürov Rəşadın vurulduğu həmin yerin fotolarını əldə edib.

Qeyd edək ki, Rəşadı maşını ilə vuran şəxs onu qan içində yerdə qoyaraq hadisə yerindən qaçıb. Ərazidə təhlükəsizlik kameraları olsa da, hadisədən 6 gün keçməsinə baxmayaraq şübhəli, hələ də, "tapılmayıb"".

Maraq üçün bildirək ki, cinayət işini araşdıran Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Ramil Mehdiyev travmatik şokla təcili yardım bölməsində qəbul edilən Rəşadın Məhkəmə Tibbi Ekspertizadan keçməsiylə bağlı heç bir göstəriş verməyib. Milli.az-ın müxbiri ilə telefon danışığı zamanı, o, bunu qanunvericiliyə uyğun addım kimi qiymətləndirib.

Rəşad hazırda 1 saylı Şəhər Kliniki Xəstəxanasında ("Semaşko") əməliyyat olunur.

Qəzanın baş verdiyi ərazinin fotolarını təqdim edirik:

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh