Parlamentə və hökumət binalarına gedən yollar bağlanıb  

Gündəm 15 Noyabr 2017 12:47 Oxunub 908
Parlamentə və hökumət binalarına gedən yollar bağlanıb   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərbçilər şəhər mərkəzində zirehli texnika yerləşdiriblər

Zimbabvedə hərbçilər ölkə paytaxtı Harare şəhərində hökumət binalarına, parlamentə və məhkəmələrə gedən yolları bağlayıblar. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hərbçilərin şəhər mərkəzində zirehli texnika yerləşdirdikləri bildirilir. Həmçinin hərbçilərin ölkənin maliyyə naziri İqnasius Çombonu saxladığı məlumat verilir. Bir müddət əvvəl hərbçilər ZBC dövlət televiziya şirkətinin binasını ələ keçirib və hərəkətlərinin ölkə Prezidenti Robert Qabriel Muqabenin ətrafındakı cinayətkarlara qarşı olduğunu, dövlət başçısının və ailəsinin etibarlı və təhlükəsiz yerdə olduğunu bəyan ediblər.

Bundan əvvəl Zimbabvenin küçələrində hərbi maşınlar və silahlı əsgərlərin görünməsi, onların yoldan keçə sakinlərə hücum etməsi barədə xəbərlər yayılmışdı.

 

Qeyd edək ki, Zimbabve Prezidenti Robert Qabriel Muqabe 1924-cü il fevralın 21-də anadan olub. 93 yaşlı Muqabe faktiki olaraq 1980-ci ildən - 1980-1987-ci illərdə baş nazir, 1987-ci ildən isə prezident kimi Zimbabvenin rəhbəridir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh