Bu günə olan hava proqnozu AÇIQLANIB

Gündəm 16 Noyabr 2017 00:49 Oxunub 886
Bu günə olan hava proqnozu AÇIQLANIB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda gecə 9-11° isti, gündüz 15-17° isti olacağı gözlənilir

Azərbaycanda bu günə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-18° isti olacağı gözlənilir. Bakıda gecə 9-11° isti, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 15-19° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh