Azərbaycan İrana 500 milyon dollar kredit ayırdı

Gündəm 15 Noyabr 2017 13:10 Oxunub 848
Azərbaycan İrana 500 milyon dollar kredit ayırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki tərəf kredit sazişini imzalayıb

Azərbaycan İrana 500 milyon dollar dəyərində kredit ayırıb. Avtosfer.az-ın məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. C.Qurbanov qeyd edib ki, "Şimal-Cənub" layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisinə 2018-ci ilin birinci yarısında başlanılacaq. O əlavə edib ki, Azərbaycan tərəfi dəmir yolunun tikintisi çərçivəsində artıq İrana 500 milyon dollar dəyərində kredit ayırıb və hər iki tərəf kredit sazişini imzalayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh