Bakıda qəzada yaralanmış xəstəni aparan təcili tibbi yardım maşını qəza törətdi

Qəzalar 15 Noyabr 2017 14:04 Oxunub 862
Bakıda qəzada yaralanmış xəstəni aparan təcili tibbi yardım maşını qəza törətdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fakt araşdırılır

Bakıda təcili tibbi yardım maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Rəşid Behbudov küçəsi, 8 saylı orta məktəbin yaxınlığında qeyd alınıb. Məlumata görə, “Chevrolet” markalı avtomobil tərəfindən vurulan piyadanı xəstəxanaya aparan təcili tibbi yardım maşını hərəkətdə olan başqa avtomobillə toqquşub. İlkin ehtimala görə, ikinci qəza təcili tibbi yardım maşını yaralı şəxsi təcili xəstəxanaya çatdırmaq məqsədilə qırmızı işıqda hərəkət edərkən baş verib. Fakt araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh