İdarəetmədən çıxan yük maşını su kanalına düşdü - FOTO

Qəzalar 15 Noyabr 2017 14:34 Oxunub 949
İdarəetmədən çıxan yük maşını su kanalına düşdü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza sürücünün sükan arxasında yatması səbəbindən baş verib

Astara rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Ərçivan kəndi ərazisində qeydə alınıb. Belə ki, Türkiyə vətəndaşının idarə etdiyi ağırtonajlı yük maşını idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına düşüb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Məlumata görə, qəza sürücünün sükan arxasında yatması səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh