Sərnişin elə qışqırdı ki, təyyarə məcburi eniş etdi

Gündəm 15 Noyabr 2017 15:11 Oxunub 856
Sərnişin elə qışqırdı ki, təyyarə məcburi eniş etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin sərnişin reysdən uzaqlaşdırılıb

Çinin "Sichuan Airlines" aviaşirkətinə məxsus təyyarə məcburi eniş edib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, təyyarə ekipajının məcburi enişetmə barədə qərar qəbul etməsinin maraqlı səbəbi olub. Belə ki, təyyarədə olan 22 yaşlı gənc yorğun olduğu üçün hallyüsinasiyalara qapılıb və qəflətən yerindən sıçrayaraq təyyarənin girov götürülməsi barədə qışqırmağa başlayıb.

 

Gənc "Məni girov götürürlər! Onların əlində biçaq və silah var!" deyə qışqırıb.

Təyyarədəkilərin onu sakitləşdirmək cəhdləri boşa çıxıb və təyyarə məcburi eniş edib.

 

Çanşa aeroportunda həmin sərnişin reysdən uzaqlaşdırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh