Binəqədi şosesində yenidənqurma işləri qısa müddətdə başa çatacaq – VİDEO

Gündəm 15 Noyabr 2017 15:13 Oxunub 1099
Binəqədi şosesində yenidənqurma işləri qısa müddətdə başa çatacaq – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazır olan hissələrə isə 3 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir

Binəqədi şosesində aparılan yenidənqurma işlərinin 2-ci mərhələsi yüksək keyfiyyətlə davam etdirilir. “Azəravtoyol” ASC-dən Avtosfer.az- verilən məlumata görə, yenidən qurulan yolun uzunluğu 2,6 km təşkil edir. Layihə çərçivəsində yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağı enində bərpa olunur. Hərəkət hissəsinin eni 15 metr və 1 metr enində boya ilə xətlənmiş ayrıcı zolaq da olmaqla yolun ümumi eni 19 metr olacaq.

Aparılan yenidənqurma işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yararsız qrunt çıxarılaraq əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol əsası inşa olunub. Hazır olan hissələrə isə 3 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Layihə çərçivəsində artıq yolun 1,6 km-lik hissəsi asfaltlanıb. Ümumilikdə isə yolun 40 min kvadratmetrdən çox hissəsinin asfaltlanması nəzərdə tutulub.

 

Asfaltlanma işlərinə paralel olaraq vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə hər bir tərəfdə 1,5 metr enində yeni piyada səkiləri inşa olunur, kənarlarına isə 4 600 paqon-metr yeni səki daşları düzülür. Xatırladaq ki, yenidənqurma işlərinin 1-ci mərhələsində şose boyu bütün yeraltı kommunikasiya xətləri yenisi ilə əvəz olunub, bəziləri yoldan kənarlaşdırılıb, ətrafda yaşayan əhali tərəfindən, həmçinin sənaye və iaşə obyektlərindən yola doğru axıdılan məişət-çirkab sularının qarşısını alınıb. Bundan başqa, intensiv yağışlar zamanı yolun su ilə dolmasını qarşısını almaq məqsədi ilə 4-cü qapı küçəsi ilə kəsişmədə və “4 yol” deyilən ərazidə tullantı sularının axıdılması üçün nəzərdə tutulmuş kanalların suyunun Binəqədi şosesinin altından ötürülməsini təmin edən və ötürmə qabiliyyətini itirmiş köhnə borular yeniləri ilə əvəzlənib. Ümumilikdə 5 nöqtədə 8 yeni borunun tikintisi, 2-nin isə təmiri aparılıb. Boruların uzunluqları yerlərdən asılı olaraq 25-35 metrdir, diametrləri isə 800 və 1 200 mm-dir. Boruların üstü 18 metr uzunluğunda və 6,5 metr enində monolit-betonla örtülüb. Bundan başqa, yol boyu yeni 2,8 km uzunluğunda yağış kollektoru və 2 irihəcmli kollektor quyular inşa edilib. Yol səthindən yağış sularının kənarlaşdırılaraq kollektora yönəldilməsi məqsədi ilə yolun hər bir istiqaməti üzrə 300 mm-lik drenaj borular çəkilib və yağış barmaqlıqları quraşdırılıb. Qeyd edək ki, layihəyə uyğun olaraq avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 6 yerdə “cib”li dayanacaqlar tikiləcək, yolun hər bir tərəfində yeni işıq dirəkləri, hərəkətin normal təşkili üçün isə zəruri olan yerlərdə isə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin yolun xətlənməsi işləri də aparılacaq. İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh