Ramil Usubov xanım polkovniki də təqaüdə göndərdi

Gündəm 15 Noyabr 2017 15:15 Oxunub 1853
Ramil Usubov xanım polkovniki də təqaüdə göndərdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, xidmətdə olmanın yaş həddi ilə bağlı təqaüdə göndərilib

Daxili işlər naziri, general Ramil Usubov daha bir polkovniki təqaüdə göndərib. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, nazirin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Mühasibatlıq Şöbəsinin rəisi, polis polkovniki İlqarə Məhərrəmova vəzifəsindən çıxarılıb. O, xidmətdə olmanın yaş həddi ilə bağlı təqaüdə göndərilib. Hələ ki, yerinə təyinat yoxdur.

Qeyd edək ki, həmin İdarənin Yol Patrul Xidməti şöbəsinin rəisi, polis polkovniki Ərəstun Məcidov da təqaüdə göndərilib.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh