Azərbaycan Silahlı Qüvvələrində komanda-qərargah hərb oyunları keçiriləcək

Gündəm 15 Noyabr 2017 16:29 Oxunub 777
Azərbaycan Silahlı Qüvvələrində komanda-qərargah hərb oyunları keçiriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oyunlar noyabrın 20-dək davam edəcək

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 16-da qoşunların əməliyyat hazırlığı çərçivəsində komanda-qərargah hərb oyunları (KQHO) başlayacaq.

Bu barədə Avtosfer.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərb oyununun keçirilməsi qoşun növlərinin və qismlərinin strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanlarının və xüsusi təyinatlı qüvvələrin cəlb edilməsini, eləcə də müxtəlif mərhələlərdə qüvvə və vasitələrin istifadəsini nəzərdə tutur.

KQHO-nın əsas məqsədi müasir ümumqoşun əməliyyatlarının keçirilməsi üzrə çətin tapşırıqların həllində, o cümlədən dağlıq relyef və mürəkkəb radioelektron, həmçinin hərb oyunlarının niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində idarəetmə orqanlarının və qoşunların qarşılıqlı fəaliyyət səviyyəsinin təkmilləşdirilməsindən ibarətdir.

KQHO-nın mərhələlərinin birində qarşılıqlı fəaliyyətdə olan qoşunların havada, dənizdə, quruda manevr və atəş imkanları müəyyən edilməklə praktiki fəaliyyəti də yoxlanılacaq.

 

Komanda-qərargah hərb oyunları noyabrın 20-dək davam edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh