Gəncədə "Niva" yandı - Xəsarət alanlar var

Gündəm 16 Noyabr 2017 01:54 Oxunub 903
Gəncədə "Niva" yandı - Xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil maneəyə çırpılaraq aşıb və yanmağa başlayıb

Gəncə şəhərində yol qəzası baş verib. "Niva" markalı avtomobil maneəyə çırpılaraq aşıb və yanmağa başlayıb.  Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğın söndürülüb. Qəza nəticəsində avtomobilin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri ağır olaraq qiymətləndirilir. Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir. 

Yol qəzası nəticəsində xəsarət alanların adları məlum olub. Bunlar Gəncə şəhər sakinləri - 1998-ci il təvəllüdlü Cavanşır Marif oğlu Abbasov və 1999-cu il təvəllüdlü Həsən Rizvan oğlu Həsənovdur. 

Faktla bağlı araşdırma aparılır.

 

Report

ŞƏRH YAZ
Ad

E-mail

Şərh