"Rostov-Bakı" beynəlxalq sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik edilib

Gündəm 16 Noyabr 2017 10:51 Oxunub 779
"Rostov-Bakı" beynəlxalq sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İndi sərnişin qatarı ilboyu fəaliyyət göstərəcək

391/392 saylı "Rostov-Bakı" beynəlxalq sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik edilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Rusiya Dəmir Yolları" ASC-nin məlumatında bildirilir. Əgər əvvəl mövsümi qatar marşrut üzrə apreldən oktyabradək hərəkət edirdisə, indi o il boyu işləyəcək. O, illik rejimdə dörd gündən bir, yay rejimində isə bir gündən bir işləyəcək. Qatarın tərkibində 9 kupe, 5 plaskart və hətta 1 yataq tipli vaqon var. Qatar Rostovdan Bakı vaxtı ilə 19:07-da çıxacaq, 03:15-də Bakıya çatacaq. Azərbaycan paytaxtından 23:50-də çıxan qatar 09:10-da Rostova çatacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh