Bakıda "təcili yardım" maşını iki məktəbli qızı vurub

Qaydalar 16 Noyabr 2017 10:54 Oxunub 1425
Bakıda "təcili yardım" maşını iki məktəbli qızı vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki uşaq hadisə vaxtı yaxınlıqdakı məktəbdən çıxaraq evə gedirmiş

Bakının Nəsimi rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Rəşid Behbudov küçəsində yolu keçmək istəyən 2008-ci il təvəllüdlü Eyvazova Nazlı və həmyaşıdı Osmanova Aliyəni təcili yardım xidmətinə məxsus "Mercedes" markalı avtomobil vurub. Xəsarət alan hər iki uşaq xəstəxanaya yerləşdirilib. Hər iki uşaq hadisə vaxtı yaxınlıqdakı məktəbdən çıxaraq evə gedirlərmiş. Faktla bağlı araşdırmalara başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh