Yük avtomobili minik maşınının üzərinə aşdı: xəsarət alan var – VİDEO

Avtosfer TV 16 Noyabr 2017 10:55 Oxunub 1400
Yük avtomobili minik maşınının üzərinə aşdı: xəsarət alan var – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yük maşınının nasaz olması səbəbindən baş verib

Bakının Binəqədi rayonu ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında, Rəşid İsmayılov küçəsində dairəvi hərəkət zolağına daxil olan 1983-cü il təvəllüdlü Yolçuyev Eynur Canpolad oğlunun idarə etdiyi "Kamaz" markalı ağırtonnajlı yük avtomobili aşıb.

Nəticədə maşının yük bortunda olan beton pilətələr yola tökülüb. Rəfael Allahverənova məxsus "Mercedes" markalı avtomobilə ciddi ziyan dəyib. Yük avtomobilinin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralı "Report"a bildirib ki, hadisə onun avtomobilinin nasaz olması səbəbindən baş verib. Yerə yanacaq dağıldığından əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Binəqədi Rayon Yol polis şöbəsinin əməkdaşları hadisənin dəqiq başvermə səbəblərini araşdırır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh