Duman Bakı aeroportunun işinə təsir etməyib

Gündəm 16 Noyabr 2017 09:00 Oxunub 714
Duman Bakı aeroportunun işinə təsir etməyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Aeroport normal rejimdə işini davam etdirir"

Bakıda noyabrın 16-da səhər saatlarında müşahidə olunan güclü dumana baxmayaraq Heydər Əliyev Beynəlxalq Aeroportunda təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir. Bu barədə Avtosfer.az-a aeroportdan bildirilib. Məlumata görə, duman aeroportunun işinə təsir etməyib. "Təyyarələrin qəbulu və yola salınmasında gecikmə müşahidə olunmur. Aeroport normal rejimdə işini davam etdirir", - deyə aeroportda bildiriblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh