Qaçqınlarla dolu iki yük maşını saxlanıldı

Gündəm 16 Noyabr 2017 11:36 Oxunub 859
Qaçqınlarla dolu iki yük maşını saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kontrabandaçılar hər qaçqına görə 500 avro alıblar

Slovakiya polisinin saxladığı iki yük maşınında 78 qaçqın olub. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, yük maşınları ölkənin şimal-qərbində, Çexiya sərhədi yaxınlığında yerləşən Jilina şəhərində saxlanılıb. Suriya, İraq və İran qaçqınları Rumıniyadan çıxıb, Macarıstandan keçərək Almaniya istiqamətində gedirmişlər. AFP agentliyinin məlumatına görə, kontrabandaçılar hər qaçqına görə 500 avro alıblar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh